“Dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə etdik”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
“ABŞ-ın proseslərlə bağlı mövqeyini ifadə etdim. ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək”, - o bildirib.