Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, onlar Ukrayna böhranını, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətlərini müzakirə ediblər.
“Danışıqlar zamanı Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında ədalətli sülhün tezliklə əldə olunmasını istəyir və Ankara iki ölkə arasında bu istiqamətdə dialoq və diplomatiyanı stimullaşdırmağa davam edir”, - deyə Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildiriblər.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə bu ölkələr NATO-ya daxil olana qədər Finlandiya və İsveçdən fikir ayrılıqlarının həlli ilə bağlı yazılı təminat almaq istəyir.