Rusiya qoşunları Ukraynanın Cənubi Buq bölgəsində itki verərək, əlverişsiz ərazilərdə müdafiə mövqeyinə keçiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, ruslar Cənubi Buq bölgəsində əsas səylərini işğal olunmuş sərhədlərin saxlanmasına və üçüncü müdafiə xəttindəki mövqelərinin möhkəmləndirilməsinə yönəldiblər.
Rus qüvvələrinin Osokorivka, Novovorontsovka, Blaqodatne, Zorya və Tavriyskedə yaşayış məntəqələri və digər mülki obyektləri atəşə tutduqları bildirilib.