Türkiyə hökuməti kürdlərin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinin Suriya ilə sərhəd yaxınlığında yerləşən Kobani şəhərinə hücumunun Türkiyə tərəfdən həyata keçirildiyinə dair iddialarını yalan adlandırıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. O, yaydığı bəyanatda Türkiyə təhlükəsizlik qüvvələrinin sərhəddə bütün lazımi tədbirləri həyata keçirdiyini bildirib.
Qeyd edək ki, kürd rəsmiləri və Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu Kobanidə bomba hücumunda istifadə edilən avtomobilin Türkiyə ərazisindən keçdiyini bildiriblər.
Samir