20 İyun 2022 14:59
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə tam sürətlə davam edərkən, Sakit okeandan dünyanı narahat edən xəbərlər gəlir. Çinli general və rəsmilərin qatıldığı toplantıya aid olduğu deyilən səs yazısı mediaya sızdırılıb. Toplantıda Çinin Tayvanı işğal planı ilə bağlı diqqətçəkən məlumatlar yer alıb.

Teleqraf.com xəbər verir ki, Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Hər iki tərəfin sərt açıqlamaları ilə müharibə ehtimalı artarkən, Çindəki toplantı ilə bağlı yayılan görüntü gündəmə “bomba” kimi düşüb.

Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrılın, amma Çin hələ də adadakı iddiasını qoruyur.

Sözügedən səs yazısı ABŞ-da yaşayan Çin əsilli mühacir Vanq Dinqanq tərəfindən qurulan “Lude Media” tərəfindən açıqlanıb.

Xəbərə görə, Çin səlahiyyətlilərinin sözügedən toplantıda 140 min əsgərdən ibarət işğal planını müzakirə edib. Səs yazısında Çin rəsmisi “müharibə başlayacaq və Tayvanı əzməkdən çəkinməyəcəyik", - deyə bildirir.

Tayvan rəsmiləri bu yaxınlarda paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia edərək, ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduqlarının vurğulayıblar.

Tayvanın müstəqilliyini “çıxmaz nöqtə” kimi xarakterizə edən Çinin müdafiə naziri deyib ki, heç kim Çin silahlı qüvvələrinin ərazi bütövlüyünü qorumaq əzmini və qabiliyyətini qiymətləndirməməlidir: “Çini parçalamaq məqsədi ilə Tayvanın müstəqilliyini dəstəkləyənlərin sonu yaxşı olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər