Rusiya uzun müddət üzərində işlədiyi Cənub Axını təbii qaz boru xəttindən imtina edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, buna əsas səbəb Bolqarıstanın bu günə qədər lazimi tədbirləri görməməsidir. Putin qərarın Avropa Birliyinin iqtisadi maraqlarına uyğun olmadığını vurğulayıb: “Bolqarıstandan icazəsiz Qara dənizdə tikintiyə başlamağımız doğru olmaz. Layihəyə görə, Bolqarıstan illik 400 milyon avro gəlir əldə etməli idi. Ancaq mühüm addımların atılmaması səbəbilə işlər dayandırılıb”.
Samir