Rusiya Qırmızı dəniz və Hind okeanında Hərbi Dəniz Qüvvələrinin yeni bazalarını yaratmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə iyulun 31-də prezident Vladimir Putin tərəfindən imzalanmış Dəniz Doktrinasında deyilir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin bu bölgələrdəki dəstək məntəqələrinin Fars körfəzində ölkənin hərbi dəniz varlığını qorumaq və saxlamaq üçün zəruri olduğu bildirilir.
Həmçinin, region dövlətlərinin infrastrukturundan “Rusiya Federasiyasının dəniz fəaliyyətinin maraqları naminə” istifadə edilməsi nəzərdə tutulur.