Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin rəhbəri Aleksandr Kubrakov bildirib.
Bundan əvvəl Türkiyə tərəfi bildirmişdi ki, taxıl daşıyan ilk gəmi avqustun 1-i Kiyev vaxtı ilə saat 8:30-da Ukrayna limanlarından birini tərk edəcək.
"Bu gün saat 09:15-də fevralın 24-dən bəri ilk dəfə Ukrayna ərzaqları ilə yüklənmiş Odessa limanından gəminin çıxacağını gözləyirik. Bu, "RAZONI" gəmisidir. Təhlükəsizliyə zəmanət olan tərəfdaşlarımız - BMT və Türkiyə tərəfindən təsdiqlənmiş dəhlizlə hərəkət edəcək. Onun göyərtəsində 26 min ton Ukrayna qarğıdalsı var", - ukraynalı nazir qeyd edib.
Aleksandr Kubrakov əlavə edib ki, Ukrayna dünyada qarğıdalı ixracatına görə dördüncü yerdədir, bu məhsulun dəniz yolu ilə ixracı ehtimalı qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün böyük hadisədir.