Rus ordusu Xerson vilayətinin ələ keçirilən hissəsindən insanları evakuasiya edən mikroavtobusu vurub. Bu, planlaşdırılmış kinli müharibə cinayətidir.
Teleqraf.com xəbər verir ki, bunu Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hər gün işğal olunmuş əraziləri tərk etmək xahişi ilə müraciət edənlərin sayı rusların Ukraynanın cənubunu “nasizmdən azad etməklə” bağlı obrazını və “Rusiya sülhünə qoşulmağa can atan xoşbəxt yerli əhali"nin imicini kəskin şəkildə sarsıdır.
"Ona görə də onlar öz bildiklərini etdilər - terror, qətl, qorxutma... Bu hiylə ukraynalılara keçməz. Hər itirilən canın əvəzini siz tam ödəyəcəksiniz", - məmur vurğulayıb.
Qeyd edək ki, Xerson vilayətinin Dolqovoe kəndi ərazisindəruslar evakuasiya mikroavtobusunu vurub, 3 nəfər həlak olub.