4 Dekabr 2014 00:25
3 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada görünməmiş olay baş verib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Şimali Koreyanın gənc lideri Kim Çen İn onunla eyni adı daşıyanlara adlarını dəyişdirməyi əmr edib.

Cənubi Koreyanın rəsmi xəbər agentliyi "Yonhap"ın xəbərinə görə, Şimali Koreya rəhbərliyi ölkədə Kim Çen İnin adaşlarına adlarını dəyişdirmələri barədə xəbərdarlıq edib. Lakin adını dəyişdirmək istəməyənlər barədəhər hansı tədbir görülb-görülməyəcəyi bəlli deyil.

Bundan başqa ölkədə yeni doğulan körpələrə soyadları nə olursa-olsun, Kim adının qoyulması qadağan edilib.

Qeyd edək ki, Cənubi və Şimali Koreyada Kim son dərəcə məşhur addır.

Haqqında ən az bilinən ölkələrdən biri kimi qəbul edilən Şimali Koreyanın gənc liderinin dünən yüksək səviyyəli dövlət məmurlarına xarici siqaret çəkmələrini qadağan edib.

Rəsmi mediada yayılan xəbərlərə görə, ölkə rəhbəri məmurların xarici siqaret çəkmələrinin vətənpərvərlikdən uzaq olduğunu bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər