6 Avqust 2022 21:07
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə taxıl və enerji böhranını həll etmək üçün addımlar atarkən, Almaniya və Fransa Yunanıstanın haqsız iddialarına sahib olaraq Türkiyəni hədəf almağa davam edir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xarici işlər nazirimiz bu qərəzli bəyanatlara lazımi cavablar verdi. Təəssüf ki, həm Almaniya, həm də Fransa Yunanıstan və Cənubi Kİprin təbliğatına alət olur. Yunanıstanın beynəlxalq hüquqa məhəl qoymayan addımlarını təqdir edərək ölkəmizi qeyri-dəqiq qiymətləndirmələrlə tənqid etmək qəbuledilməzdir. Avropanın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin yeri bəllidir. Bu rolumuzu qlobal taxıl böhranının həllində də bir daha nümayiş etdirdik”, - Türkiyə prezidenti bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər