4 Dekabr 2014 13:14
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin gələcəkdə ABŞ üçün problemlər yaradacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Amerika iş dünyasının aparıcı rəhbərləri ilə görüşündə Çinlə yaşanan rəqabətə diqqət çəkib. Obama ölkə iqtisadiyyatının inkişaf etdiyini və aprel-sentyabr dövründə son 10 ilin ən yaxşı 6 ayını yaşadığını bildirib.

Onun sözlərinə görə, ABŞ son 6 ildə rekord qıraraq, işsizliyin səviyyəsini 6 faizə endirib.

ABŞ-ın ixracat rəqəmlərinin rekord səviyyəyə çatdığını qeyd edən Obama ölkəsinin investisiya üçün ən çox Çinlə əməkdaşlıq etdiyini deyib. O, gələcəkdə Çinin ölkəsi üçün ciddi problemlər yarada biləcəyini də söyləyib: “Əgər gələcəkdə Çinin ağıllı infrastruktu sürətlə inkişaf etsə, bu zaman bizim üçün problemlər yaranacaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər