11 Avqust 2022 16:36
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada YPG/PKK terror təşkilatının nəzarətində olan bölgələrdə ABŞ-ın yüzlərlə hərbi maşında neft qaçırması ilə bağlı görüntülər ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Suriya Neft Nazirliyi ABŞ və YPG/PKK-nın ölkə neftinin 83 faizinin qaçaqmalçılıq yolu ilə oğurladığını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada 2022-ci ilə qədər ölkədə gündəlik 80.3 min barel neft hasil edildiyi, ABŞ və YPG/PKK terror təşkilatının isə hər gün 66 min barel neft qaçaqmalçılığı həyata keçirdiyi bildirilib.

“ABŞ-ın işğalçı qüvvələri və muzdluları şərq bölgəsində işğal olunmuş ərazilərdən gündə 66 min barel oğurlayır”, - məlumatda bildirilir.

Bu həcmin Suriya neftinin 83 faizini təşkil etdiyi deyilib. Nazirliyin məlumatına görə, Suriyanın neft sektoru müharibə başlayandan bəri ABŞ-ın oğurluğu səbəbindən 105 milyard dollar zərər çəkib.

Raqqada Rusiya helikopteri ilə çəkildiyi iddia edilən görüntülərdə ABŞ ordusunun YPG/PKK ilə əməkdaşlıq edərək yüzlərlə maşınla İraqa neft keçirdiyi görülüb. Məlumata görə, ABŞ Suriyanın şimal-şərqində qarət etdiyi nefti Əl-Valid sərhəd qapısı vasitəsilə İraqdakı hərbi bazalarına ötürür.

Həsəkə şəhərindəki yerli mənbələr avqustun 6-da ABŞ ordusunun oğurlanmış onlarla neft tankerini Suriyadan qaçaqmalçılıq yolu ilə çıxardığını, həmin həftə ikinci neft daşınmasının həyata keçirildiyini bildirirlər.

Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da ABŞ hökumətini Suriyanın təbii ehtiyatlarının davamlı talanını dayandırmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər