13 Avqust 2022 14:37
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu tərəfindən məhv edilən Rusiya hərbçilərinin sayı 43 400-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah son sutkada daha 200-ə yaxın Rusiya hərbçisinin öldürüldüyünü açıqlayıb.

Fevralın 24-dən avqustun 13-dək Rusiya Silahlı Qüvvələrinin ümumi hərbi itkiləri belədir:

Canlı qüvvə - 43 400 nəfər

Tank - 1856 ədəd

Zirehli döyüş texnikası - 4115 ədəd

Artilleriya sistemi - 978 ədəd

Hava hücumundan müdafiə vasitələri - 261 ədəd

Yaylım atəş sistemi - 136 ədəd

Təyyarə - 233 ədəd

Helikopter - 193 helikopter ədəd

PUA - 779 ədəd

Qanadlı raket - 187 ədəd

Gəmi/kater - 15 ədəd

Nəqliyyat vasitəsi və yük maşını - 3 036 ədəd

Xüsusi texnika - 91 ədəd

Rusiya ordusu gün ərzində ən böyük itkiləri Baxmut və Krivorizki istiqamətlərində verib.


Müəllif: Mənsur Rəğbətoğlu