Fransa prezidenti Makron Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları imzalayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Makron Finlandiya və İsveçin alyansa qoşulmaq qərarını "suveren seçim" adlandırıb.
"Bu onların mövcud təhlükə qarşısında təhlükəsizliyini gücləndirəcək. Həmçinin bu iki tərəfdaşın imkanlarını nəzərə alaraq kollektiv mövqeyə və Avropa təhlükəsizliyimizə əhəmiyyətli töhfə verəcək", - Makron bildirib.