15 Avqust 2022 00:14
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada iş və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdıran qanun hazırlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans məlumat verib.

“Məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır”, - deyə nazir bildirib.

O, rus dilinin telefon və bank mesajlarından da çıxarılacağınıistisna etməyib.

Bordans qeyd edib ki, yaxın vaxtlarda belə bir qanun hökuməti formalaşdıran partiyalara, sonra isə Latviya Seyminə təqdim ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər