Ukrayna Baş Prokurorluğu Kupyanskın yeni meri Gennadi Matseqoranı Rusiya ilə əməkdaşlıqda ittiham edib.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, Xarkov vilayətinin Kupyansk şəhərinin yeni merini 15 ilə qədər həbs cəzası gözləyir.
Avqustun 15-də Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətinin Kupyanski rayonu administrasiyasının sədrinə və Luqansk vilayətinin Novopskovski rayonu administrasiyasının aqrar-sənayenin inkişafı şöbəsinin müdirinə qarşı da ittiham irəli sürüb.