Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən iki avtomobil qəzası ilə bağlı sosial mediada paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Prezident tvitter hesabında qəzada həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
"Qaziantepdən sonra təəssüf ki, Mardinin Derik rayonundan qəza xəbəri gəldi. Ciyərlərimizi yandıran qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm".