Enerji böhranı kontekstində Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel yerli mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, Almaniya iqtisadiyyatı ilin birinci yarısında yaxşı vəziyyətdə idi, lakin enerji böhranı kəskinləşərsə tədarüklə bağlı problemlər yaranacaq və bu vəziyyətin daha da pisləşməsinə səbəb olacaq.
Mərkəzi Bankın rəhbəri inflyasiyanın 10%-i keçəcəyinə əminliyini də qeyd edib.