Kubada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Teleqraf.com verir ki, bu barədə Kuba Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoluxmuş şəxs avqustun 15-də İtaliyadan gələn turistdir.
İki gün sonra onda infeksiya əlamətləri aşkarlanıb. Xəstənin vəziyyəti ağırdır.