Türkiyə müdafiə naziri Aralıq dənizində fəaliyyətini davam etdirən “Abdülhamid Han” qazma gəmisi ilə bağlı Yunanıstana xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri Yunanıstanın yanlışa yol verməyəcəyinə ümid etdiyini bildirib.
“Abdülhamid Han” qazma gəmisi araşdırmalarını davam etdirir. “Gediz” freqatı onu müşayiət və təhlükəsizliyini təmin edir. Ümid edirik ki, (yunanlar) səhvə yol verməyəcəklər. Biz beynəlxalq hüquq normaları çərçivəsində öz imkanlarımızdan istifadə etməklə ölkəmizin hüquq və maraqlarını qoruyaraq mehriban qonşuluq münasibətlərini saxlayırıq”, - Akar vurğulayıb.