Finlandiyanın 36 yaşlı baş naziri Sanna Marinin ötən həftə bir partidə iştirakı ilə bağlı görüntüləri üzə çıxmış, evli olmasına baxmayaraq, bir kişi ilə səmimi rəqs görüntüləri müzakirələrə səbəb olmuşdu.
Teleqraf.com xəbər verir ki, müzakirələr davam edərkən Marinin bu dəfə bir qadınla səmimi rəqs fotoları sosial şəbəkələrdə yayılıb.
İngilis mətbuatı görüntüləri “Finlandiyanın partisevər baş naziri” başlığı ilə yayımlayarkən, Marinlə fotoda əksini tapmış şəxsin finlandiyalı sosial şəbəkə fenomeni Sabina Sarkka olduğu bildirilib.
Finlandiyada gözəllik kraliçası seçilən və 2012-ci ildə Dünya Gözəllik Müsabiqəsində ölkəsini təmsil edən məşhur model Sabina Sarkka 6 gün əvvəl İnstaqramda həyat yoldaşı Ossi Kivimaki ilə ayrıldığını açıqlayıb.
Marinin bundan əvvəl gecə klubunda 38 yaşlı fin müğənni Olavi Usivirta ilə səmimi rəqs görüntüsü yayılmışdı.