Suriyanın şimalında ABŞ-ın iki hərbi bazası atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, atəşə Qrin-Villic və Konoko bazaları tutulub.
"Konokoya dəstək missiyasının bir üzvü yüngül xəsarət aldıqdan sonra tibbi yardım alıb və vəzifəsinə qayıdıb. Digər ikisi isə yüngül xəsarət alıblar və hazırda müalicələri davam edir", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, bazaların atəşə tutulmasından sonra ABŞ ordusu cavab zərbəsi üçün helikopterləri havaya qaldırıb, üç silahlı məhv edilib.