İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Suriyanın şərqindəki Kobani hərbi hava limanına hücumu zamanı daha iki kəndi ələ keçirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya Yerli Koordinasiya Komitəsindən məlumat verilir. Komitə hücumlar zamanı kürd qüvvələrin hava limanı ətrafında olan Huveyce və Cəfər kəndində nəzarəti itirdiklərini bildiriblər.
Yayılan məlumatlara görə, aeroport ətrafında gedən döyüşlər zamanı İŞİD-in 14 döyüşçüsü öldürülüb.
Bölgədə şiddətli döyüşlər davam edir.
Samir