Argentinanın keçmiş prezidenti, hazırkı vitse-prezident Kristina Fernandes de Kirşnerə silahlı hücuma cəhdi olub.
Teleqraf.com xəbər verir ki, Kirşnerin evinə girməzdən əvvəl tərəfdarları ilə salamlaşarkən ona silah çəkilib və sui-qəsdə cəhd edilib.
Argentinanın təhlükəsizlik naziri Annibal Fernandez hadisədən sonra təcavüzkarın nəzarətə götürüldüyünü bildirib.
Vitse-prezidenti öldürmək istəyən şəxs 35 yaşlı braziliyalı Fernando Andresdir. Onun əvvəllər silah gəzdirdiyinə görə məhkumluğu olduğu bildirilib.