Kölndə 400-ə yaxın rusiyapərəst nümayişçi Almaniyanın Ukraynaya silah göndərməsinə etiraz edib .
Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini və “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsini tələb ediblər.
Nümayişin yaxınlığında bir neçə yüz nəfər rusiyapərəst mitinqə etiraz edib.