ABŞ Rusiyaya pilotsuz uçuş aparatı (PUA) göndərdiyini əsas gətirərək İran şirkətini sanksiyalar siyahısına salıb.
Teleqraf.com-un məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran PUA-larının Rusiyaya daşınmasında iştirak etdiyinə görə Tehranda yerləşən yerüstü xidmətlər provayderi “Safiran”ı sanksiyalar siyahısına əlavə edib.
Bəyanatda bildirilib ki, İran İnqilab Keşikçiləri Ordusu və Aviasiya Qüvvələri üçün “Şahed” seriyası da daxil olmaqla, İran PUA-larının və onların komponentlərinin tədqiqi, inkişafı, istehsalı və təchizatı ilə məşğul olan 3 şirkət və bir şəxs sanksiya siyahısına salınıb.