Rusiya prezidenti Vladimir Putin Ukraynada işğal olunmuş rayonlardan geri çəkilən ordu birləşməsinin komandirini cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, Putin Rusiya Silahlı Qüvvələrinin qərb qruplaşmasının rəhbərliyini komandanlıqdan uzaqlaşdırılıb.
Mərkəzi qoşun birləşməsinə rəhbərlik edən general-leytenant Aleksandr Lapin qərb qrupunun komandanlığına gətirilib.
Məğlub olmuş Qərb ordu birləşməsinin komandiri general-leytenant Roman Berdnikovun ordudan uzaqlaşdırıldığı və barəsində araşdırma aparıldığı bildirilir.