Ukrayna silahlı qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3 min 800 kvadrat kilometr, 300-dən çox yaşayış məntəqəsi və 150 minə yaxın insanımız ruslardan xilas edilib”, - deyə Malyar bildirib.
Onun sözlərinə görə, əməliyyat Xarkov vilayətinin tam azad olunana qədər davam edəcək:
“Biz bütün təfərrüatları söyləməyəcəyik, bunun mümkün qədər tez baş verəcəyinə inanırıq”.