20 Sentyabr 2022 09:52
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS telekanalına müsahibəsində deyib.

Müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala Ərdoğan qeyd edib ki, bunun üçün ilk növbədə Rusiyanın mövqeyi çox önəmlidir:

“Özbəkistanda Putinlə görüşdüm, onunla çox ətraflı danışıqlarımız oldu. Rusiya prezidenti müharibəni mümkün qədər tez başa çatdırmağa çalışdığını nümayiş etdirdi”.

Ərdoğanın sözlərinə görə, indi işlər kifayət qədər problemli gedir: “Amma hesab edirəm ki, irəliyə doğru mühüm addım atılacaq”.

Eyni zamanda o, prosesi sülhlə başa çatmasını təmin etməyə çalışdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər