26 Sentyabr 2022 17:40
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

***

14:32

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

***

12:42

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Qara geyimli şəxs sinif otağına girərək atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.

Məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

Vilayətinin qubernatoru Aleksandr Breçalov hücumun 88 saylı məktəbdə baş verdiyini, təhlükəsizlik qüvvələrinin və təcili yardım maşınlarının hadisə yerində olduğunu açıqlayıb.


Müəllif: Nemət