Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı gəlişmələr müzakirə edilib.
Ərdoğan müharibənin sülh danışıqları yolu ilə həllinə töhfə verməyə hazır olduqlarını bildirib.
Türkiyə liderinin Ukraynanın rus ordusunun nəzarətində olan bəzi bölgələrdə Rusiyaya birləşməklə bağlı “referendum”un keçirilməsinə dair münasibəti belə olub:
“Ukraynanın bəzi bölgələrində birtərəfli referendumun keçirilməsi diplomatik prosesə zərər verəcək”.