“Qadınlar qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu jurnalistlərə açıqlamasında deyib.
“Xeyr. Bu, gələcək planda yoxdur. Qadınları hərbi xidmətə çağırmayacağıq”, - Şoyqu müvafiq suala cavabında söyləyib.