2 Oktyabr 2022 20:10
4 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov təyin edilib. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.

Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.

Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.

Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edib. Onlar bir neçə istiqamətdə geri çəkiliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər