Braziliya Fəhlə Partiyasının lideri Luis İnasio Lula da Silva oktyabrın 2-də keçirilən prezident seçkilərində hazırkı prezident Jair Bolsonaronu keçərək liderliyini artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsinin saytında dərc edilən elektron seçki qutularının protokollarının 97,45%-nin baxılmasından sonra məlum olub.
2003-2010-cu illərdə Braziliyanın prezidenti olan Lulu da Silva 47,95 faiz səs toplayıb, ona 55 mindən çox insan səs verib. J.Bolsonaro 43,62% səs toplayıb, 50 milyondan çox insan ona səs verib.
Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçirilən prezident seçkilərinin ikinci turuna keçiblər.