Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin azad edilən ərazilərində möhkəmlənməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə əlaqələndirmə qərargahının rəhbəri Nataliya Qumenyuk deyib.
“Vəziyyət sürətlənməkdə davam edir, biz artıq işğaldan azad edilən və hələ də təmizlənməkdə olan ərazilərdə döyüşməyə və möhkəmlənməyə davam edirik. Həmçinin cəbhə xətti boyunca rus atəşindən əziyyət çəkən yaşayış məntəqələrində yerli əhali ilə işimizi davam etdiririk, xüsusilə də son sutka ərzində atəşə tutulan 45 yaşayış məntəqəsində. Biz təxliyəni təşkil edirik. İnsanların imkanı və istəkləri olsa, bu fürsətdən istifadə edə bilərlər”, - Nataliya Qumenyuk bildirib.
O həmçinin əlavə edib ki, hazırda Qara dənizdə fırtına davam edir və bu, rus gəmilərinin yaxınlaşmasına imkan vermir:
“Düşmən qruplaşması Krım sahilləri boyunca həm tufandan, həm də bizim raketlərimizdən gizlənən səkkiz gəmi və qayıqdan ibarətdir. İndi onlar “Kalibr” ilə təchiz edilmiş iki sualtı qayığı çıxarıblar. Atıcı raketlərin ümumi sayı beş ədəddir - üç yerüstü və iki sualtı, bu da 30-dan çox “Kalibr” raketidir. Bu o deməkdir ki, raket təhlükəsi qalmaqdadır, təhlükə aradan qalxmayıb”.