4 Oktyabr 2022 08:18
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hərbçilər Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mohajer-6” hücum pilotsuz təyyarəsini endirməyə nail olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Budur, Odessaya hücumu koordinasiya etmək üçün bir neçə gün əvvəl buraxılan İranın “Mohajer-6” pilotsuz təyyarəsi”, - məlumatda deyilir.

Pilotsuz uçan aparat kəşfiyyat, müşahidə, kəşfiyyat və atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulub. PUA dəqiqliklə idarə olunan dörd sursat daşıya bilir.

“Mohajer-6”nın maksimal uçuş çəkisi 600 kq, faydalı yükü 100 kq və uçuş məsafəsi 200 km-dir. Uçuş müddəti 12 saat olan PUA-nın maksimal hündürlüyü isə 5400 metrdir


Müəllif: Teleqraf.com