“Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağını gözlənilir. Amma peyvənd və terapevtik vasitələrimiz var”.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, COVİD-19-un omikron ştamı qlobal miqyasda dominant versiya olaraq qalır: “Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər”.
Baş direktor əhalini vaksinasiyaya çağırıb.
Qeyd edək ki, koronavirusa ilk dəfə 2019-cu ilin dekabr ayında Çində rast gəlinib. ÜST 2020-ci ilin fevral ayında bu xəstəliyi pandemiya elan edib. İndiyədək 358,549,410 nəfərdən çox insan bu virusa yoluxub. Bunların 300 milyondan çoxu sağalıb, 5,615,597 çoxu isə ölüb.