Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücum əməliyyatı hələ də kulminasiya nöqtəsinə çatmayıb və hazırda Luqansk vilayətinə doğru irəliləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin son hesabatında deyilib.
Ekspertlər qeyd edir ki, ruslar Oskol və Severski Donets çaylarının sahillərini saxlaya və təbii sərhəd kimi istifadə edərək, Ukrayna qüvvələrinin ölkənin şərqindəki bölgələrə irəliləməsinin qarşısını ala bilməzdilər.
Luqansk vilayətinin qərb hissəsinin ərazisi Ukrayna qüvvələrinin sentyabrın əvvəlində Xarkov vilayətinin şərq hissəsində səmərəli istifadə etdiyi sürətli manevr müharibəsi üçün əlverişlidir.
ISW-nin məlumatına görə, açıq mənbələr hələlik Rusiya ordusunun Luqansk vilayətinin qərb hissəsində əhəmiyyətli dərəcədə güclənməsinə dair heç bir əlamət göstərmir.
Analitiklər hesab edirlər ki, Ukraynanın şimal və cənub əks-hücumları, ehtimal ki, Kremli əməliyyatların bir sahəsinin digərinin zərərinə mühafizəsini prioritetləşdirməyə məcbur edir. ISW analitikləri yazır ki, bu, potensial olaraq Ukraynanın hər iki sahədə uğur qazanma ehtimalını artırır.