Rusiyanın Kaluqa şəhərində yerləşən “Şaykovka” aerodromunda pilotsuz təyyarənin hücumu nəticəsində iki TU 22M3 təyyarəsi məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
“Şaykovka” Ukrayna ilə sərhədlərdən 350 km-dən çox məsafədə yerləşir. Kaluqadan Moskvaya isə 300 km-dən azdır.