12 Oktyabr 2022 00:57
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynada diplomatik nizamlanmanın mümkünlüyü və Ankaranın bu prosesdə mümkün vasitəçiliyini müzakirə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Türkiyə hesab edir ki, diplomatiyanın qapıları həmişə açıq saxlanılmalıdır. Bu günə qədər Ankara Ukraynada nizamlanma üçün yol xəritəsi təklif edə bilən yeganə ölkədir. Zelenski ilə Putini danışıqlar masası arxasına gətirə biləcək yeganə lider olan prezidentimiz Ukraynada diplomatik nizamlanma və bu prosesdə vasitəçilik imkanlarını müzakirə etmək niyyətindədir”, - deyə Kalın bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər