Ukrayna əsgərləri Xerson və Luqansk vilayətlərində əks-hücumları davam etdirir. Rus ordusu müdafiəyə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) xülasəsində deyilir.
Xarkov və Liman vilayətlərində ildırımsürətli əks-hücum əməliyyatından sonra ukraynalı əsgərlər Luqansk vilayətinin Kremenaya və Svatovo istiqamətində hərəkətlərini davam etdiriblər. Bir neçə yaşayış məntəqəsi azad edilib. Rus odusu müdafiə sistemi qurmağa çalışır.
Analitiklər qeyd edirlər ki, Ukrayna qoşunları Malinovkanın kənarına (Svatovodan 44 km şimal-qərb) çatıb və Dvuxriçnıda (Svatovodan 54 km şimal-qərb) mövqelərini möhkəmləndirib.
Eyni zamanda, ruslar Kupyansk istiqamətində qapalı mövqelərdən atəş açaraq Svatovo-Kremennaya ərazisində müdafiə mövqelərini gücləndirərək qərbi Kremennaya hücuma keçməyə cəhd etdilər.
Bu arada, ruslar kəndin ələ keçirilməsi barədə məlumat versə də, Ukrayna Silahlı Qüvvələri Novosadovoda (Kremennayadan 16 km qərbdə) rus qoşunlarının hücumunu dəf edib.
“Rusiya qüvvələri Ukrayna qoşunlarının irəliləyişini ləngitmək və bölmələrin təchizatını gücləndirmək və müdafiə mövqelərini bərkitmək məqsədilə vaxt qazanmaq üçün Kremennayanın qərbində əks-hücumlar keçirə bilər. Amma bu sahədə ruslar xeyli zəifləyib”, - analitiklər qeyd edirlər.
Ukrayna əsgərləri Xerson vilayətində əks-hücum əməliyyatını inkişaf etdirməyə davam edir. Oktyabrın 12-də Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin şimal-qərbində və qərbində əks-hücum əməliyyatları keçirərək, regionun şimal-qərbində cəbhə xəttindən cənuba doğru irəliləyərək Dnepr çayının qərb sahili boyunca Milovi istiqamətində hücuma keçib.
Ruslar Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin qərbində Davydov Brodun “qazanından” irəliləmək tələblərini açıqlayıblar. Rusiya hərbçiləri Ukrayna ordusunun İşchenka və Kostroma istiqamətində ruslara hücum etdiyini bildirib.
“Ukrayna hərbi nümayəndələri təsdiqləyiblər ki, Silahlı Qüvvələrin regionun şimalında beş yaşayış məntəqəsini azad edib və bu ərazidə konkret quru manevrləri ilə bağlı əməliyyat sükutu saxlayıb”, - analitiklər əlavə ediblər.