“Rusiyaya artıq Donetsk və Luqansk vilayətləri lazım deyil, Ukraynanın kiçik bir hissəsi müqabilində bu əraziləri geri verməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Rusiya indi AES-in yerləşdiyi Zaporoje vilayətini ələ keçirmək istəyir.
“Ruslar Zaporoje atom elektrik stansiyasını bizdən oğurlamaq üçün Enerqodar şəhərinin yerləşdiyi Zaporoje vilayətinin kiçik bir hissəsini götürmək istəyirlər. Bu, onların bu günə qədər qalan yeganə arzularıdır”, - Podolyak bildirib.
Ukrayna rəsmisi həmçinin əmindir ki, Rusiya ələ keçirilən Donetsk vilayətini yalnız müəyyən müddətə saxlaya bilər.