19 Oktyabr 2022 20:24
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xerson əldən çıxarsa, bu, Rusiya Prezidenti Vladimir Putinə ciddi zərbə olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı işğalçı müharibənin gedişatından narazı qaldığı üçün döyüşən qüvvələrinə general Sergey Surovikini komandan təyin edib. Məqsəd müharibədə Rusiyanın xeyrinə dönüş yaratmaqdır. Ancaq yeni komandan ilk müsahibəsində işğal altındakı Xerson bölgəsində vəziyyətin ağır olduğunu etiraf edib. Surovikin bununla Rusiya ictimaiyyətini ona hazırlaşdırır ki, işğalçı qüvvələr Xersondan geri çəkilə bilərlər. Halbuki Putinin Xersonu Rusiyaya birləşdirmək qərarının mürəkkəbi qurumayıb.

Xerson əldən çıxarsa, bu, Putinə ciddi zərbə olacaq. Surovikin müsahibəsində Rusiyanın itkiləri barədə heç nə deməzkən, Ukraynanın guya hər gün 600-1000 arasında hərbçi itirdiyini iddia edib.

Surovikin sonrakı açıqlaması ikrah doğurur. “Biz ukraynalılarla eyni xalqıq” deyən rusiyalı general “qardaş ölkə”nin NATO və Qərbdən uzaqlaşaraq Rusiyaya dost olmasını arzuladıqlarını vurğulayıb. Bir tərəfdən deyir ki, gündə 1000-ə yaxın ukraynalı öldürürlər, bunun içərisində mülki insanlar da var, o biri tərəfdən bildirir ki, “eyni xalqıq”. Dəhşətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər