20 Oktyabr 2022 11:22
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Kaxovka SES-ə zərbə endirə, buna görə Ukrayna tərəfini günahlandıra və yaranan seldən Xerson vilayətindən geri çəkilmələrini ört-basdır etmək üçün istifadə edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu xəbərdarlığı Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) edib.

Bildirilib ki, belə bir hücumla Rusiya hakimiyyəti öz qüvvələrinin geri çəkilməsini ört-basdır etməyə cəhd edə bilər.

Təhlilçilərin fikrincə, artıq Ukrayna tərəfinə bununla bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, oktyabrın 18-də Rusiyanın Ukraynaya qarşı müharibəsinin komandiri təyin edilmiş rusiyalı general Sergey Surovikin bildirib ki, Ukrayna guya Xerson vilayətində fəlakətli daşqınlara səbəb olacaq Kaxovskaya su elektrik stansiyasının bəndinə zərbə endirmək istəyir.

Xerson vilayətinin “qubernatoru” Volodimir Saldo Qauleyter bildirib ki, Ukrayna qoşunları müvəqqəti işğal olunmuş Xersondan yuxarıda yerləşən bəndə zərbə endirmək niyyətindədirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər