Rus ordusu Xersonu küçə döyüşlərinə hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.
“Mövcud məlumatlara görə, əhalinin əhəmiyyətli hissəsi Xerson şəhərini tərk edib. Şəhərdə qalan rus ordusu mülki geyimə keçərək tərk edilmiş ərazilərdə məskunlaşırlar. Onlar Xersonu küçə döyüşlərinə hazırlayır”, - məlumatda qeyd edilib.