26 Oktyabr 2022 09:54
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan "Lazarev Klubu"nun beşinci iclasında iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, erməni spiker Simonyan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanladığı məktubda bunu Səmərqənddə keçiriləcək MDB PPA Şurasının növbəti iclasında iştirak edəcəyi ilə izah edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan hakimiyyəti Konstantin Zatulini “persona non qrata” elan etmişdi.

Ermənistan Milli Assambleyası rəhbərliyinin məktubunda xüsusilə qeyd edilir: “Təəssüflər olsun ki, sizin son dövrlərdə Ermənistan Respublikasına qarşı açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur. Bu baxımdan, gələcəkdə sizin Ermənistan Respublikasına səfəriniz arzuolunmaz hesab olunur”.


Müəllif: Nemət

Oxşar xəbərlər