26 Oktyabr 2022 10:12
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Müttəfiq Hərbi Hava Qüvvələrinin Komandanlığının (AIRCOM) sosial şəbəkə hesabında edilən paylaşımda müttəfiq ölkələrin hava qüvvələrinin “Steadfast Noon” adlı təlimində nüvə silahlarının qarşısının alınması imkanlarını sınaqdan keçirdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, təlimdə 14 ölkə çox sayda döyüş təyyarəsi ilə iştirak edir.

Təlimdə onlarla döyüş təyyarəsinin iştirak etdiyi və Avropanın şimal-qərbində hərbi manevrlərin keçirildiyi bildirilib.

“Steadfast Noon”un illik müntəzəm təlim fəaliyyəti olduğu vurğulanaraq, təlimə 14 ölkədən 60-dan çox müxtəlif tipli döyüş təyyarəsinin qatıldığı bildirilib.

Bəzi döyüş təyyarələrinin, o cümlədən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir hərbi təyyarənin fotoşəkilləri də AIRCOM-un postunda yer alıb. Fotoşəkillərdən birində üzərində ulduz və aypara olan dəbilqə taxmış türk döyüş təyyarəsinin pilotu əks olunub.

Oktyabrın 30-na qədər davam edəcək “Steadfast Noon” təlimi ev sahibi Belçika ilə birlikdə Şimal dənizi və Britaniyanın hava məkanında keçirilir. Təlimdə istifadə edilən hərbi təyyarələr arasında dördüncü və beşinci nəsil döyüş, müşahidə və tanker təyyarələri var.

Əvvəlki illərdə olduğu kimi bu il də təlimdə ABŞ-ın uzaqmənzilli bombardmançı B-52-lərindən də istifadə olunur.

“Steadfast Noon“ təliminə hər il başqa bir NATO ölkəsi ev sahibliyi edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər