26 Oktyabr 2022 10:30
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində rusların silah anbarını və daha bir zenit-raket müdafiə sistemini məhv edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı bildirib.

“Cənub Bux istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin əməliyyat zonasında vəziyyət gərgin olaraq qalır, lakin nəzarət altındadır. Düşmən müdafiə hərəkətləri həyata keçirir və işğal olunmuş xətləri saxlamağa çalışır. Qoşunlarımıza atəş zərbələri endirir, döyüş təmas xətti boyunca aviasiya, MLRS, lüləli artilleriya və minaatanlardan istifadə etməklə davam edir. Düşmən səmadan mövqelərimizə hücum edib. Buna cavab olaraq aviasiyamız canlı qüvvənin, silahların cəmləşdiyi ərazilərə zərbələr endirib”, - məlumatda deyilib.

Əlavə olunur ki, rus ordusu piyada döyüş maşınlarının dəstəyi ilə mövqeləri yarıb keçməyə cəhd edib. Hücumlar dəf edilib, bir BMP məhv edilib, düşmən itki verərək geri çəkilib:

“Bölmələrimizdə itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir. Döyüş günü ərzində iki dəfə dinc yaşayış məntəqələri atəşə tutulub. O cümlədən, Xerson vilayətində bu yaxınlarda azad edilmiş bəzi ərazləri atəşə məruz qalıb. Gecə saatlarında ruslar Krım istiqamətindən buraxılan 2 kamikadze pilotsuz uçan aparatı Xerson rayonu üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub”.

Cənub Əməliyyat Komandanlığı əlavə edib ki, rusların itkiləri təsdiqlənib: 26 reaktiv yaylım atəşi sistemi, 4 minaatan, “TOR2 zenit-raket kompleksi, 6 ədəd zirehli texnika və sursat anbarı sıradan çıxarılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər