Aylardır müharibə aparan Ukrayna ilə Rusiya arasında sular durulmur.
Teleqraf.com xəbər verir ki, Ukrayna Rusiya üçün kritik nöqtələri bir-bir azad edərkən, rus ordusu da paytaxt Kiyevi bombalayır.
İki ölkə arasında müharibənin 9-cu ayında da səngimədən davam etdiyi bir vaxtda Ukrayna ordusunun cəbhədə üstünlüyü ələ alması Rusiyada narahatlıq yaradıb. 80 minə yaxın canlı qüvvəsini itirən Rusiya məcburi səfərbərliyə gedərək, boşluqları doldurmağa çalışır.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putinin “Ölüm mələkləri” adlandırılan qadın pilotları döyüşə göndərdiyi məlum olub. Qadın pilotlar Rusiya Hərbi Hava Qüvvələrinin strateji nüvə silahlarını daşıyan təyyarələrin idarə edilməsində mütəxəssis sayılırlar.
Putinin əmri ilə hərəkətə keçən pilotlar yorğun rus ordusuna köməyə gedirlər.
Qadın pilotları yola salan Rusiya müdafiə naziri Sergey Şoyqu onlar haqda deyib:
“Siz istinad nöqtəsisiniz. Sizi izləyən və arxanızca gələcək qızlar üçün böyük nümunəsiniz”.
Bu il məzun olan komandanın hazırlığına 2017-ci ildən başlanılmışdı.
Təlimlərə cavabdeh olan polkovnik Oleq Pçela komanda haqda deyib:
“Qızlar adətən çox romantik olurlar. Onlarda bizim hərbi təyyarələrimizi necə idarə etməyi öyrənmək və komandirlərinin əmrlərini yerinə yetirmək üçün yaxşı motivasiya var. Hərbi pilot olmaq çox məsuliyyətli işdir. Bu da yüksək mənəvi dəyərlər tələb edir”.